Fransada yeniyetmələr arasında cinayətkarlığın sayı artıb

Fransada yeniyetmələr arasında cinayətkarlığın sayı artıb

Fransada yetkinlik yaşına çatmayanlar arasında cinayətkarlığın sayı artıb.

“Report” xəbər verir ki, bu etirafı Fransanın baş naziri Qabriel Attal “Fransa 2” kanalının efirində edib.

Onun sözlərinə görə, yeniyetmələr arasında cinayətlərin sayını azaltmaq üçün internat məktəbi sisteminə qayıtmaq vacibdir:

“Biz 16 yaşına çatmamış yeniyetmələr arasında cinayətkarlıq probleminin reallığını dərk etməliyik. Onların düzgün yola qayıtmalarına kömək etmək üçün maarifləndirici tədbirlərə ehtiyac var. Bu məqsədlər üçün hakimiyyət internat məktəblərinin işinə yeni təkan vermək niyyətindədir. Hazırda Fransa internat məktəblərində 50 min yer var”.

Baş nazir əlavə edib ki, gənclər siyasəti onun hökumətinin prioritet mövzularından biri olacaq.