Azərbaycan səfiri etimadnaməsini Seneqal prezidentinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsini Seneqal prezidentinə təqdim edib

Azərbaycan Respublikasının Mərakeş Krallığında və eyni zamanda, Seneqal Respublikasında fövqəladə və səlahiyyətli səfiri Nazim Səmədov etimadnaməsini Seneqal prezidenti Maki Salla təqdim edib.

Ölkəmizin Mərakeşdəki səfirliyindən "Birxeber.Az"a bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Maki Salla çatdıran səfir Nazim Səmədov və onu COP29-da iştirak məqsədilə dövlətimizin başçısının adından Bakıya səfərə dəvət edib. Səfir Azərbaycanın Seneqal üçün dost ölkə olduğunu vurğulayıb.

Seneqal Prezidenti dəvətə görə təşəkkürünü bildirib, səfirdən Prezident İlham Əliyevə salamlarını və seçkilərdə qalib gəlməsi münasibətilə təbriklərini çatdırmağı xahiş edib.

N.Səmədovun səfər çərçivəsində, həmçinin Seneqal mərkəzi və yerli hakimiyyət nümayəndələri, xarici işlər naziri və Dakar şəhərində akkreditə olunmuş diplomatik korpusun nümayəndələri ilə görüşləri nəzərdə tutulub.