Gürcüstanın yeni Baş naziri ilk xarici səfərini Belçikaya edəcək

Gürcüstanın yeni Baş naziri ilk xarici səfərini Belçikaya edəcək

Gürcüstanın yeni Baş naziri İrakli Kobaxidze ilk xarici səfərini Brüsselə edəcək.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə Baş nazir parlamentdə keçirilən etimad səsverməsindən sonra jurnalistlərə açıqlamasında deyib. Səfər 20-21 fevral tarixlərində baş tutacaq.

İrakli Kobaxidze Brüsselə səfəri çərçivəsində həm Aİ, həm də NATO rəsmiləri ilə görüşlər keçirəcəyini qeyd edib.