ABŞ-da Ukrayna və İsrailə yardım layihəsi prosessual səsvermədən keçib

ABŞ-da Ukrayna və İsrailə yardım layihəsi prosessual səsvermədən keçib

Ukrayna və İsrailə yardım haqqında qanun layihəsi ABŞ Konqresinin Senatında prosessual səsvermədən keçib.

“Report” xəbər verir ki, bu barədə “Reuters” qanunverici orqanın yuxarı palatasının mətbuat xidmətinə istinadən məlumat yayıb.

“Senat Ukrayna və İsrailə kömək üçün qanun layihəsi irəli sürüb”, - materialda deyilir.

ABŞ hakimiyyətinin iki ölkəyə dəstək üçün ayıracağı məbləğ 95 milyard dollar təşkil edəcək.

Bundan əvvəl ABŞ prezidenti Cozef Bayden Senat və Nümayəndələr Palatasının liderləri ilə görüşərək onun Ukrayna və İsrailə yardım da daxil olmaqla milli təhlükəsizlik tələblərini müzakirə edib.

Daha sonra ABŞ Senatı Amerika sərhədlərini qorumaq, İsrail və Ukraynaya yardım göstərmək üçün kompromis qanun layihəsi təqdim edib.