İlya Darçiaşvili: "Tbilisi Ermənistanla Azərbaycan arasında danışıqlar platformasına çevrilməkdə maraqlıdır"

İlya Darçiaşvili: "Tbilisi Ermənistanla Azərbaycan arasında danışıqlar platformasına çevrilməkdə maraqlıdır"

Tbilisi Ermənistanla Azərbaycan arasında danışıqlar platformasına çevrilməkdə maraqlıdır.

"Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri vəzifəsinə namizəd İlya Darçiaşvili parlamentdə çıxışı zamanı deyib.

O bildirib ki, Gürcüstan hakimiyyəti regionda sülh və sabitliyin təşviqi üçün mühüm addımlar atıb:

"Biz istəyirik ki, Tbilisi gələcəkdə qonşularımız arasında etimadın yaranmasına dəstək üçün istənilən aktual mövzuların müzakirə olunduğu platformaya çevrilsin. Hökumətin “Avropa dövlətinin qurulması naminə” yeni proqramına əsasən, Gürcüstan Cənubi Qafqazda sülh, əməkdaşlıq və sabitliyin təşviqi üçün səylərini əsirgəməyəcək".

"Bu məqsədə nail olmaq üçün hökumət Türkiyə ilə, eləcə də Azərbaycan və Ermənistanla ikitərəfli strateji münasibətlərin hazırkı yüksək dinamikasını saxlamaq və gücləndirmək niyyətindədir”, - İ.Darçiaşvili vurğulayıb.