Daha 30 ailə Füzuli şəhərinə qayıdıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB

Daha 30 ailə Füzuli şəhərinə qayıdıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB

Füzuli şəhərinə köçürülən sakinlərin qarşılanma mərasimi olub.

“Report” xəbər verir ki, mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları iştirak edib.

Yurda qayıdan 30 ailəyə (106 nəfər) mənzillərin açarları təqdim edilib.

Bununla 440 ailənin (1625 nəfər) yeni salınan Füzuli şəhərində daimi məskunlaşması təmin edilib.

12:14

Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobupark-3”dən yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb.

“Report” xəbər verir ki, doğma yurduna qayıdanların qarşılanma mərasimi keçirilib.

Bu gün Füzuliyə 30 ailə (106 nəfər) dönüb.

Bununla da Füzuli şəhərinə qayıdanların ailələrin sayı 440-a (1625 nəfər) çatıb. .

07:00

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb.

“Report” xəbər verir ki, bu mərhələdə Füzuli şəhərinə daha 30 ailə – 106 nəfər köçürülür.

Onlardan 17 ailə (56 nəfər) Bakı şəhərindən, dörd ailə (18 nəfər) Abşeron rayonundan, dörd ailə (15 nəfər) Sumqayıt şəhərindən, dörd ailə (14 nəfər) Füzuli rayonundan olub, daha bir ailə isə (üç nəfər) Beyləqan rayonunda qeydiyyatda olub.

Bakı və Sumqayıt şəhərlərindən, Abşeron rayonundan köçürülən 25 ailə (89 nəfər) Qaradağ rayonu “Qobu Park-3” köçkün şəhərciyində məktəbin qarşısından səhər saat 07:00-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Füzuli RİH-nin nümayəndələri tərəfindən yola salınıb.

Beyləqan və Füzuli rayonunda məskunlaşmış 5 ailə (17 nəfər) məskunlaşdıqları ərazidən yola salınacaq və Füzuli rayonunun Əhmədbəyli kəndində köç karvanına qoşularaq bir yerdə hərəkət edəcəklər.

Köçürülənlərin nəqliyyat vasitələri karvanları Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları tərəfindən qarşılanacaq və onların yaşayış sahələrində yerləşdirilməsi ilə bağlı zəruri tədbirlər görüləcək

Bununla da bugünkü köç də nəzərə alınmaqla Füzuli şəhərinə cəmi 440 ailə (1625 nəfər) köçürülüb.

Müxbirlər: Gülər Seymurqızı, Ramin Şahbazov