Volodimir Zelenski orduya yeni baş komandan təyin edib

Volodimir Zelenski orduya yeni baş komandan təyin edib

Ukrayna prezidenti Volodimir Zelenski Aleksandr Sırskini Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı təyin edib.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Zelenski teleqram kanalında yayımladığı videomüraciətdə bildirib

“Mən general-polkovnik Sırskini Ukrayna Silahlı Qüvvələrinin baş komandanı təyin etdim”, - deyə, o bildirib.

Sırski Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarına komandanlıq edib.