Narışkin: “Rusiya ABŞ-da keçiriləcək prezident seçkilərinə heç vaxt müdaxilə etməyəcək”

Narışkin: “Rusiya ABŞ-da keçiriləcək prezident seçkilərinə heç vaxt müdaxilə etməyəcək”

Rusiya ABŞ-da keçiriləcək prezident seçkilərinə heç vaxt müdaxilə etməyəcək.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bildirib.

O, “Shot” teleqram kanalında jurnalistlərin müvafiq sualına belə cavab verib: “Heç vaxt”.

Qeyd edək ki, ABŞ-da növbəti prezident seçkiləri noyabrda keçiriləcək. 25 aprel 2023-cü ildə hazırkı Amerika lideri, demokrat Co Bayden yenidən seçilmək istəyəcəyini açıqlamışdı. Onun sələfi Donald Tramp 2022-ci ilin noyabrında seçki yarışına qatılacağını bəyan etmişdi.