“Azərbaycan təhlükəsizlik zonası yaratmaqla Ermənistanın təxribatlarına son qoya bilər” - RƏY

“Azərbaycan təhlükəsizlik zonası yaratmaqla Ermənistanın təxribatlarına son qoya bilər” - RƏY

“Sentyabrın 12-dən 13-nə keçən gecə sərhəddə baş verənlər bir daha Ermənistanın sülhə necə hazır olduğunu və Brüsseldəki danışıqlara necə yanaşdığını göstərdi. Ona görə də Azərbaycan təhlükəsizlik zonası yaratmaqla Ermənistanın təxribatlarına son qoya bilər”.

Bunu “Birxeber”a açıqlamasında ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.

Onun sözlərinə görə, baş verən təxribatların kimin tapşırığı olduğu tam mənzərəsi ilə ortadadır:

“Ermənistan baş naziri tərəfindən kimlərə zəng olunduğu, kimlərə hesabat verildiyini müşahidə etdik. Bir sözlə, məsələnin arxasında kimlərin dayandığı gün kimi aydındır. Regionda marağı olan qüvvələr Ermənistandan istifadə etməklə onu Azərbaycana qarşı təxribatlar törətməyə sövq edirlər. Nədənsə, bəyanatlar verən ABŞ departamentinin rəsmiləri, Rusiya, həmçinin Fransa özlərinə sual vermirlər ki, 44 günlük müharibədən sonra Ermənistan əsgərinin Azərbaycan torpaqlarında nə işi var?! Niyə Ermənistan hərbi qulluqçuları Azərbaycan ərazisində təxribat törədir, mina basdırır, atəş açırlar?! Hətta, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi bölgələrdən də Azərbaycan mövqeləri atəşə tutulur və buna Rusiya Federasiyası çox sakit reaksiya verir. Axı 2020-ci ilin noyabrında üçtərəfli razılaşmasında açıq şəkildə bütün bunlar yazılıb və bu gün də həmin müddəaların bir neçəsi yerinə yetirilməmiş qalır. Necə olur ki, Paşinyan öz imzladığı sənədə hörmət qoymur və beynəlxalq ictimaiyyəti aldadır?! Ona görə də bu təxribatlar nə birincidir, nə də sonuncu olacaq”.

Ü.Cəfərov vurğulayıb ki, Ermənistan daim bölgədə marağı olan qüvvələrin maşası olub və bu, heç vaxt dəyişməyəcək:

“Azərbaycan isə Ermənistanın bu illər ərzində özünü necə apardığını çox gözəl bilir. Ona görə də təhlükəsizlik zonası, yəni “bufer zona” mütləq şəkildə yaradılmalıdır. Ermənistan başa düşməlidir ki, Azərbaycan bundan sonra hansısa özbaşınalıqlarına heç bir halda imkan verməyəcək. Hesab edirəm ki, “bufer zona” elə bir şəkildə yaradılmalıdır ki, orada Ermənistan Azərbaycanın həm sərhədçilərinə, həm hərbiçilərinə, həm də hərbi infrsatrukturuna təhlükə yaratmasınlar. Təhlükə yaratmaq istədiyi təqdirdə isə bunun Ermənistan üçün hansı acı nəticələrlə bitəcəyini dərindən anlasın”.

HƏRBİ HƏRBİ
Ukraynalı deputatların 2023-cü ildə müharibənin gedişatı ilə bağlı gözləntiləri nədir? - RƏYLƏR

Ukraynalı deputatların 2023-cü ildə müharibənin gedişatı ilə bağlı gözləntiləri nədir? - RƏYLƏR

HƏRBİ HƏRBİ
DSX: "Son bir ildə 448 nəfər sərhəd pozucusu, 861 nəfər sərhəd rejim pozucusu saxlanılıb"

DSX: "Son bir ildə 448 nəfər sərhəd pozucusu, 861 nəfər sərhəd rejim pozucusu saxlanılıb"

HƏRBİ HƏRBİ
Azərbaycan MN Rusiya sülhməramlı kontingentinin komandanlığına müraciət edib

Azərbaycan MN Rusiya sülhməramlı kontingentinin komandanlığına müraciət edib

HƏRBİ HƏRBİ
Preziden­tin köməkçisi Naxçıvana gedib, müşavirə keçirib

Preziden­tin köməkçisi Naxçıvana gedib, müşavirə keçirib

HƏRBİ HƏRBİ
Kərim Vəliyev Türkiyə Milli Müdafiə Universitetinin rektoru ilə görüşüb

Kərim Vəliyev Türkiyə Milli Müdafiə Universitetinin rektoru ilə görüşüb

HƏRBİ HƏRBİ
Müdafiə Nazirliyi "Qardaş yumruğu" təlimindən görüntülər yayıb

Müdafiə Nazirliyi "Qardaş yumruğu" təlimindən görüntülər yayıb

HƏRBİ HƏRBİ
MN: "Azərbaycan Ordusunda donvurma halı qeydə alınmayıb"

MN: "Azərbaycan Ordusunda donvurma halı qeydə alınmayıb"

HƏRBİ HƏRBİ
Şəhid Eşqin Hüseynovun nəşi ailəsinə təhvil verilib, vida mərasimi keçirilir

Şəhid Eşqin Hüseynovun nəşi ailəsinə təhvil verilib, vida mərasimi keçirilir

HƏRBİ HƏRBİ
Hərbi atteşelər ADA Universitetində olublar

Hərbi atteşelər ADA Universitetində olublar

HƏRBİ HƏRBİ
DSX-nin hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib

DSX-nin hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib

HƏRBİ HƏRBİ
Azərbaycan MN: "Qeyri-qanuni erməni birləşmələri üçün qanunsuz hərbi daşımalar davam edir"

Azərbaycan MN: "Qeyri-qanuni erməni birləşmələri üçün qanunsuz hərbi daşımalar davam edir"

HƏRBİ HƏRBİ
Müdafiə Nazirliyi Mühəndis Qoşunlarının fəaliyyəti haqqında məlumat yayıb

Müdafiə Nazirliyi Mühəndis Qoşunlarının fəaliyyəti haqqında məlumat yayıb