Zalujnı Zelenski ilə Ukrayna ordusunda yenilənmələri müzakirə edib

Zalujnı Zelenski ilə Ukrayna ordusunda yenilənmələri müzakirə edib

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı bildirib ki, o, Ali Baş Komandan Vladimir Zelenski ilə görüşüb və onlar arasında “vacib və ciddi söhbət” olub.

Birxeber.Az-nın UNİAN-a istinadla xəbərinə görə, görüşdə yanaşma və strategiyaların dəyişdirilməsinin zəruri olduğu qərara alınıb.

"Böyük Müharibənin ilk ən çətin günlərində mənfur və güclü düşmənə qarşı durmuşuq. Biz bir yerdə olmuşuq. Döyüşümüz davam edir və hər gün dəyişir. 2022-ci ilin vəzifəsi 2024-cü ilin vəzifələrindən fərqlidir. Ona görə də hamı dəyişməlidir. Biz birlikdə qalib gələ bilərik. Yaxınlıqda olan hər kəsə təşəkkür edirəm” – Zalujnı bildirib.

Ukrayna prezidenti 2 il ölkəni müdafiə etdiyinə görə ali baş komandana təşəkkür edib və bildirib ki, Zalujnı ilə Ukrayna Silahlı Qüvvələrinin yenilənmiş rəhbərliyində kimlərin ola biləcəyini müzakirə edib.

"Biz Ukrayna Silahlı Qüvvələrinin hansı yeniliyə ehtiyacı olduğunu müzakirə etdik. Biz Ukrayna Silahlı Qüvvələrinin yenilənmiş rəhbərliyində kimlərin ola biləcəyini də müzakirə etdik. İndi belə bir yeniləmənin vaxtıdır. Mən Valeri Fyodoroviçin xidmətdə qalmasını təklif etdim” - Zelenski bildirib.