Xaçmazda təcili yardım avtomobili qəzaya düşüb, yaralanan var - FOTO

Xaçmazda təcili yardım avtomobili qəzaya düşüb, yaralanan var - FOTO

Xaçmazda zəncirvari qəza baş verib.

APA-nın Şimal bürosu xəbər verir ki, Xaçmaz-Quba avtomobil yolunun Ağyazı kəndindən keçən hissəsində "VAZ-21015 markalı nəqliyyat vasitəsi “VAZ-21014” markalı minik avtomobili ilə toqquşub. Daha sonra "VAZ-21014" markalı nəqliyyat vasitəsi çağırış yerinə gedən "UAZ" markalı təcili tibbi yardım avtomobilinə çırpılıb. Nəticədə avtomobillərə ciddi ziyan dəyib. Qəza zamanı "VAZ-21014"-ün sürücüsü, Xaçmaz rayon sakini, 1989-cu il təvəllüdlü Quliyev Azad Bəxtiyar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.