Sağlamlıq imkanları məhdud olan təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi qaydası müəyyənləşib

Sağlamlıq imkanları məhdud olan təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi qaydası müəyyənləşib

Sağlamlıq imkanları məhdud olan təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi təhsil fəaliyyətinin zəruri tərkib hissəsi olaraq ardıcıl və sistemli xarakter daşıyır, təhsilin keyfiyyətinin idarə olunmasına xidmət edir.

APA-nın xəbərinə görə, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Sağlamlıq imkanları məhdud olan şəxslərin təhsili üçün xüsusi təhsilin dövlət standartları”nda əksini tapıb.

Təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi şəffaflıq, etibarlılıq, obyektivlik və qarşılıqlı əməkdaşlıq prinsiplərinə əsaslanmaqla təhsilin inkişafına yönəldilir. Təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi aşağıdakı fəaliyyətləri əhatə edir:

- təhsilalanların təhsilə münasibəti, mövcud təlim göstəriciləri, müəllimlərin hazırlıq səviyyəsi, təhsil standartlarının və kurikulumların məqsədəuyğunluğu, tədris resursları ilə təminat, idarəetmənin səmərəliliyi barədə məlumatların toplanılıb təhlil edilərək dəyərləndirilməsi;

- təhsilalan və təhsilverənlərin fəaliyyətinin, təhsil proqram- larının icra vəziyyətinin müşahidə olunmasından və nailiyyətlərin qiymətləndirilməsini əks etdirən sənədlərin təhlilindən əldə edilmiş nəticələrə görə müvafiq qərarların qəbul olunması.

- Təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi attesta- siya (məktəbdaxili qiymətləndirmə), yekun attestasiya, milli və beynəlxalq qiymətləndirmə növlərini əhatə edir.

Attestasiya (məktəbdaxili qiymətləndirmə) məqsədilə diaqnostik, formativ və summativ qiymətləndirmələr keçirilir. Diaqnostik qiymətləndirmə dərs ilinin və ya fənn üzrə tədris resurslarında nəzərdə tutulmuş hər bölmənin əvvəlində təhsilalanların bilik və bacarıqlarının ilkin qiymətləndirilməsi məqsədilə aparılır. Formativ qiymətləndirmə təhsilalanların hər bir fənn üzrə təhsil proqramı (kurikulumu) ilə müəyyənləşdirilmiş məzmun standartlarının və fərdi tədris planı üzrə bilik, bacarıq və vərdişlərin mənimsənilməsinə yönəlmiş fəaliyyətlərini izləmək, bu prosesdə onun qarşısına çıxan çətinlikləri müəyyən edib onları aradan qaldırmaq məqsədilə aparılır.

Summativ qiymətləndirmə hər bir fənn üzrə təhsil proqramı (kurikulumu) ilə müəyyənləşdirilmiş məzmun standartlarının və fərdi tədris planı üzrə bilik, bacarıq və vərdişlərin mənimsənilməsində təhsilalanların nailiyyətlərinin müəyyən olunması məqsədilə aparılır.

Təhsilalanların yekun attestasiyası ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələrini başa vuran təhsilalanların təhsildə nailiyyətlərinin qiymətləndirilməsi məqsədilə həyata keçirilir. Təhsilalanlar (əqli geriliyi olanlar istisna olmaqla) milli və beynəlxalq qiymətləndirmə tədqiqatlarına cəlb edilirlər.