“Real” “Malyorka”nı qol vurduğuna peşman etdi – VİDEO
İspaniya La Liqasında V tur davam edir.
Birxeber oxu.az-a istinadla xəbər verir ki, turun maraqlı görüşlərindən biri Madriddə baş tutub.
“Real” “Malyorka”nı qəbul edib.
Oyunda hesabı qonaqlar açıb. Vedat Muriç 35-ci dəqiqədə “Malyorka”nı hesabda önə çıxarıb.
Bundan sonra “kral klubu” rəqibini qol vurmağa peşman edib.
Əvvəlcə ilk hissəyə əlavə olunmuş 3-cü dəqiqədə Valverde tarazlıq yaradıb.
İkinci hissədə isə Vinisius (72), Rodriqo (89) və Rüdiger (90+3) qolları ilə daha üç dəfə sevinən “Real” yekunda 4:1 hesablı darmadağına sevinib.
Birxeber