Azərbaycan atleti ikiqat paralimpiya çempionu olmaq istəyir

Azərbaycan atleti ikiqat paralimpiya çempionu olmaq istəyir

Azərbaycan atleti Lamiyə Vəliyeva ikiqat paralimpiya çempionu olmaq istəyir.

Bu barədə "Birxeber.Az"a 21 yaşlı idmançı açıqlamasında bildirib.

O, Paris-2024 Yay Paralimpiya Oyunlarında qızıl medal əldə etmək üçün ciddi şəkildə çalışdığını söyləyib.

Vəliyeva Qazaxıstanın Ust-Kamenoqorsk şəhərində keçirilən lisenziya xarakterli beynəlxalq turnirdə 60 metr məsafəyə qaçışda bürünc medal qazanmasına da toxunub: "Paralimpiya yarışlarından əlavə də özümü nümayiş etdirə bildiyim üçün çox sevinirəm. Üçüncü yeri tutmağım mənə görə böyük nəticədir. Belə turnirlərdə mübarizə aparmağa davam edəcəyəm. Hazırda bu il üçün hədəfim Parisdə baş tutacaq paralimpiadadır".

Tokio-2020 Yay Paralimpiya Oyunlarında 400 metr məsafəyə qaçışda qızıl medal əldə edən atlet gələcəkdə olimpiadalarda iştirakını istisna etməyib: "Özümə limit qoymuram. Alınsa, niyə də yox? Amma hazırda əsas hədəf paralimpiadadır".