“Komsomolskaya Pravda”: “Azərbaycan öz Prezidentini seçdi”

“Komsomolskaya Pravda”: “Azərbaycan öz Prezidentini seçdi”

Azərbaycanda 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində İlham Əliyevin qalib gələcəyinə heç kimin şübhəsi yox idi.

“Birxeber.Az” xəbər verir ki, bu barədə “Komsomolskaya Pravda” qəzetində dərc olunan məqalədə deyilir.

“Azərbaycanlıların uzun illər davam etmiş ağır problemini həll edən Prezident bu gün xalqın hörmətinin zirvəsindədir. Bu, ona verilən səslərdə də özünü göstərib. Rusiya lideri Vladimir Putin İlham Əliyevi Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib. Seçicilərin çoxusu vaxtından əvvəl səs verməyə gedib: səhər saat 08:00-da 6,3 min seçki məntəqəsi açıldı və Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun da qeyd etdiyi kimi, ölkə tarixində ilk dəfə olaraq bütün ərazisi üzrə seçki məntəqələri açıldı”, - məqalədə qeyd olunub.

“Brifinqdə açıqlanan məlumatlar xəbər lentlərində görünən kimi şəhər küçələrində ümummilli şənlik başladı. Bakıda avtomobillərin siqnallarının gurultusu bir neçə saat ərzində səngiməyib, onların üzərində dövlət bayraqları dalğalanıb. Meydanlar bir-birini təbrik edən vətəndaşlarla dolu idi. Bütün Azərbaycan üçün 7 fevral sadəcə seçki günü deyil, əsl bayrama çevrildi”, - materialda vurğulanıb.

Məqalənin tam mətni ilə buradan tanış ola bilərsiniz.