İrakli Kobaxidze: "Türkiyə və Azərbaycanla strateji tərəfdaşlığımızı dərinləşdirmək niyyətindəyik" 

İrakli Kobaxidze: "Türkiyə və Azərbaycanla strateji tərəfdaşlığımızı dərinləşdirmək niyyətindəyik" 

"Son illərdə Gürcüstan regionda sülh, sabitlik və əməkdaşlığa töhfə verib. Biz Türkiyə, Ermənistan və Azərbaycanla strateji tərəfdaşlığımızı və mehriban qonşuluq münasibətlərimizi daha da dərinləşdirmək niyyətindəyik".

"Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri vəzifəsinə namizəd İrakli Kobaxidze fevralın 8-də parlamentdə çıxış edərkən deyib.

O bildirib ki, hökumətin xarici siyasətinin əsas məqsədlərindən biri Gürcüstan-Rusiya münaqişəsinin həllidir.

Qeyd edək ki, bu gün "Gürcü Arzusu" İrakli Kobaxidzenin rəhbərlik edəcəyi yeni hökumətə etimad göstərəcək.