Assosiasiya: "Bu il Azərbaycandan 100 milyon ədəd yumurta ixrac olunacaq"

Assosiasiya: "Bu il Azərbaycandan 100 milyon ədəd yumurta ixrac olunacaq"

Bu il Azərbaycanın yumurta ixracının 100 milyon ədədə çatacağı gözlənilir.

"Report" xəbər verir ki, bunu “Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri Mürvət Həsənli Aqrar Sığorta Fondu (ASF) ilə keçirilən görüşdə deyib.

M.Həsənli ötən il ölkədən 60 milyon ədəd yumurta ixrac edildiyini bildirib:

"Ölkədə gündə 4-4,5 milyon ədəd, ümumilikdə ildə 2 milyard ədədə yaxın yumurta istehsal edilir. İstehsal olunan yumurtanın bir hissəsi xarici ölkələrə ixrac edilir. Hazırda Azərbaycandan yumurta məhsulları Rusiya və Birləşmiş Ərəb Əmirliklərinə ixrac olunur, eləcə də Avropa ölkələrinə ixrac barədə razılaşmalar mövcuddur".

Onun sözlərinə görə, hazırda ölkənin quşçuluq və broyler təsərrüfatlarında 40 min nəfərə yaxın işçi çalışır.