Azərbaycanın ikiqat dünya çempionu canlı yayımda müsahibə vaxtı ağlayıb

Azərbaycanın ikiqat dünya çempionu canlı yayımda müsahibə vaxtı ağlayıb

Azərbaycan yunan-Roma güləşçisi Eldəniz Əzizli Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında qızıl medal qazandıqdan sonra göz yaşlarına hakim ola bilməyib.

"Birxeber"un məlumatına görə, 30 yaşlı pəhləvan 55 kq çəki dərəcəsində ikiqat dünya çempionluğunu avqustun 19-da xəstəlikdən dünyasını dəyişmiş Vətən müharibəsi qazisi, polkovnik-leytenant Seymur Zülfüqarova həsr etdiyini bildirib.

Əzizli emosional durumunun səbəbini belə izah edib: "Bu qələbəmi çox önəmli şəxsə həsr etmək istəyirəm. Hansı ki, Müzəffər Ordumuzun qalib komandiri var idi. Mən yarışa gəlməmişdən 15 gün əvvəl qucağımda dünyasını dəyişdi. Polkovnik-leytenant Seymur Zülfüqarov da çempion olmağımı çox istəyirdi. Düşünürəm ki, sağ olsaydı, ən azı mənim qədər duyğulanar və fəxr edərdi".

Titullu idmançı 4 il əvvəl qazandığı dünya çempionluğu ilə indikini də müqayisə edib: "Birinci dəfə dünya çempionu olanda işin nə yerdə olduğunu tam bilmirdim. Amma 4 ildir ikinci dəfə dünya çempionu olmağı arzulayırdım. Sübut etmək istəyirdim ki, buna layiqəm. 4 il arzuladığım qələbəni Allah indi mənə nəsib edib. Bu il qatıldığım bütün yarışlarda maksimum nəticə vermişəm. Düşünürəm ki. bunların ardı gəlməlidir. Millətimizi medallarımızla daha da çox sevindirməliyik. Bu da mənə nəsib oldu. Bunun üçün nə qədər şükür etsəm, azdır".

30 yaşlı pəhləvan finaldakı rəqibi gürcüstanlı Nuqzari Tsurtsumiya ilə 9-cu dəfə üz-üzə gəldiyini xatırladıb: "Özümə inanırdım. Amma buna baxmayaraq o, dünya çempionudur. Görüşün həyəcanı var idi. İllərdir dünya çempionatının finalına çıxmağı arzulayırdım. Bu qələbə sevindiricidir. Səhviz mübarizə aparmaq üçün əlimdən gələni etdim. Heç kimə xal vermədən, hər görüşdə vaxtından əvvəl qələbə qazanaraq dünya çempionu oldum. Bu il bütün gücümüzü qoyduq. Allah bu çempionluğu bizə nəsib etdi".

Təcrübəli güləşçi olimpiya çempionu Fərid Mansurovun mundiallarda qazandığı nailiyyəti təkrarladığını xatırladıb: "Məhyəddin Allahverdiyev müstəqillik illərindən əvvəl 3 dəfə dünya çempionu olub. Hədəf ona çatmaqdır".

Fərdi Fərdi
Azərbaycanın 2 cüdoçusu Avropa üçüncüsü olub

Azərbaycanın 2 cüdoçusu Avropa üçüncüsü olub

Fərdi Fərdi
Azərbaycan cüdoçularının Qran-pridəki ilk rəqibləri bəlli olub

Azərbaycan cüdoçularının Qran-pridəki ilk rəqibləri bəlli olub

Fərdi Fərdi
Azərbaycanın yeniyetmə güləşçisi Avropa çempionatında tarixi medal qazanıb

Azərbaycanın yeniyetmə güləşçisi Avropa çempionatında tarixi medal qazanıb

Fərdi Fərdi
Azərbaycan çempionatı: Sərbəst güləş üzrə 5 çəkidə qaliblər müəyyənləşib

Azərbaycan çempionatı: Sərbəst güləş üzrə 5 çəkidə qaliblər müəyyənləşib

Fərdi Fərdi
III Avropa Oyunları: İlk gündə Azərbaycanın 8 atleti çıxış edəcək

III Avropa Oyunları: İlk gündə Azərbaycanın 8 atleti çıxış edəcək

Fərdi Fərdi
Zirədə yeni təmir edilmiş cüdo zalı fəaliyyətə başlayıb

Zirədə yeni təmir edilmiş cüdo zalı fəaliyyətə başlayıb

Fərdi Fərdi
Rafael Ağayev: "Azərbaycana, bütün komandama təşəkkür edirəm"

Rafael Ağayev: "Azərbaycana, bütün komandama təşəkkür edirəm"

Fərdi Fərdi
Milli Paralimpiya Komitəsi 2022-ci ilin maliyyə hesabatını açıqlayıb

Milli Paralimpiya Komitəsi 2022-ci ilin maliyyə hesabatını açıqlayıb

Fərdi Fərdi
Azərbaycanın qadın cüdoçuları Albaniyada təlim-məşq toplanışına qatılıb

Azərbaycanın qadın cüdoçuları Albaniyada təlim-məşq toplanışına qatılıb

Fərdi Fərdi
Meksikalı boksçu döyüşdə aldığı xəsarətə görə bir ildən sonra vəfat edib

Meksikalı boksçu döyüşdə aldığı xəsarətə görə bir ildən sonra vəfat edib

Fərdi Fərdi
Dünya çempionatı: Azərbaycanın daha üç güləşçisi mübarizəyə başlayır, üçü medal görüşünə çıxacaq

Dünya çempionatı: Azərbaycanın daha üç güləşçisi mübarizəyə başlayır, üçü medal görüşünə çıxacaq

Fərdi Fərdi
Azərbaycan və Niderland Aykido Federasiyaları arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan və Niderland Aykido Federasiyaları arasında əməkdaşlıq memorandumu imzalanıb