ADY Bakı-Qəbələ-Bakı marşrutu üzrə hərəkət qrafikini yeniləyib

ADY Bakı-Qəbələ-Bakı marşrutu üzrə hərəkət qrafikini yeniləyib

Bu il fevralın 17-dən martın 17-nə kimi Bakı-Qəbələ-Bakı marşrutu üzrə dəmir yolu qatarları həftənin həm şənbə, həm də bazar günləri hər iki istiqamətdə fəaliyyət göstərəcək.

Bu barədə "APA-Economics" "Azərbaycan Dəmir Yolları" QSC-ə istinadən xəbər verir.

Belə ki, qatarlar saat 07:30-da Bakı Dəmiryol Vağzalından Qəbələyə, saat 19:00-da isə Qəbələdən Bakıya hərəkət edəcək.