"Sivil Toplum" Koalisiyası seçkilərlə bağlı monitorinqin nəticələrini açıqlayıb - FOTO

"Sivil Toplum" Koalisiyası seçkilərlə bağlı monitorinqin nəticələrini açıqlayıb - FOTO

"Sivil Toplum" Monitorinq Koalisiyasının fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkiləri ilə bağlı apardığı müşahidələrin nəticələrinə dair brifinq keçirilib.

Birxeber.Az xəbər verir ki, “Sivil Toplum” Monitorinq Koalisiyasının həmsədri Qorxmaz İbrahimli (“Demokratik Seçki Mərkəzi” İctimai Birliyinin sədri) deyib ki, koalisiyanın 613 müşahidəçisi seçki günü respublika üzrə 63 seçki dairəsini əhatə edən 745 seçki məntəqəsində müşahidə aparıb.

Qeyd olunub ki, müşahidəçilər "Sivil Toplum Monitorinq Koalisiyasi"nın tərkibinə daxil olan 3 QHT-nin nümayəndələrindən formalaşıb. Onlardan 217 nəfəri "Cəmiyyətin İnkişafi Mərkəzi" İctimai Birliyinin, 215 nəfəri "Demokratik Seçki Mərkəzi" İctimai Birliyinin, 181 nəfəri isə "Müstəqil Hüquq Mərkəzi" İctimai Birliyinin nümayəndələri olub: “Müşahidəçilərimiz koalisiyanı seçki günü uğurla təmsil edib, gün ərzində ölkə üzrə seçki dairələrinin yarısından çoxunda müşahidə aparmaqla, zəruri qeydlər götürüb".

Qorxmaz İbrahimli bildirib ki, müşahidəçilər Xankəndi, Şuşa, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Xocalı, Ağdərə, Xocavənd, Ağdam və Füzulidə də müşahidələr aparıblar.

Koalisiyanın həmsədri, “Müstəqil Hüquq Mərkəzi” İctimai Birliyinin sədri Aydın Kərimov bildirib ki, seçkidə seçici fəallığı çox yüksək olub. Qeyd olunub ki, seçkilər azad, ədalətli və şəffaf keçirilib.

“Cəmiyyətin İnkişаfı Mərkəzi” İctimаi Birliyinin sədri Əhməd Abbasbəyli seçkilərin əsasən azad, ədalətli və şəffaf keçirildiyini açıqlayıb. O bildirib ki, Mərkəzi Seçki Komissiyası seçkilərə hazırlıq işlərini vaxtında başa çatdırıb, ümumən seçki komissiyalarının hazırlıq səviyyəsini qənaətbəxş hesab etmək olar.