Monitorinq koalisiyası: "6 məntəqədə qüsurlar qeydə alınıb"

Monitorinq koalisiyası: "6 məntəqədə qüsurlar qeydə alınıb"

Prezident seçkiləri zamanı müşahidə etdiyimiz məntəqələrdə ümumən bülletenlərin sayılması və qutuların möhürlənməsi prosesi düzgün təşkil olunsa da, 6 məntəqədə qüsurlar qeydə alınıb.

"Birxeber.Az" xəbər verir ki, bunu "Sivil Toplum" Monitorinq Koalisiyasının həmsədri Aydın Kərimov seçkilərin monitorinqinin nəticələrinə dair brifinqdə deyib.

O bildirib ki, seçki zamanı seçici fəallığı çox yüksək olub.

"Müşahidəçilərimiz seçki məntəqələri daxilində hər hansı namizədin xeyrinə təbliğat aparılması halları müşahidə etməsələr də, müəyyən istisnalarla rastlaşıblar. Belə ki, 3 seçki məntəqəsində bu və ya digər namizədin xeyrinə təbliğata cəhd olunub. 31 məntəqədə isə məntəqə sədrləri bəzi seçicilər seçki günü ikinci dəfə səs verməyə gəldikləri üçün həmin şəxslərə səsvermə imkanı yaratmayıb. Müşahidə aparılmış məntəqələrin əksəriyyətində barmağın mürəkkəblə işarələnməsi proseduru və mürəkkəbin olub-olmaması yoxlanılmasına əməl olunsa da, bəzi məntəqələrdə bu prosedurun həyata keçirilməsində nöqsanlar aşkarlanıb", - həmsədr qeyd edib.