Əsgəranda kütləvi məzarlıq aşkarlanıb - FOTO - VİDEO - YENİLƏNİB

Əsgəranda kütləvi məzarlıq aşkarlanıb - FOTO - VİDEO - YENİLƏNİB

Xocalı rayonunda kütləvi məzarlıq aşkarlanıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, Əsgəran qalasının yaxınlığında aşkar edilən məzarlıqda ən azı 8 insan qalığının olması ehtimal edilir. Bu gün müvafiq qurumların nümayəndələri əraziyə baxış keçriblər.

Azərbaycanın ötən il Qarabağda apardığı lokal xarakterli antiterror tədbirləri zamanı ələ keçirilən, 1990-cı illərin əvvəllərində Qarabağ bölgəsində fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin üzvü olan Beqlaryan Rəşid Aramayis istintaq olunan cinayət işi çərçivəsində, qətlə yetirilən günahsız insanların Əsgəran qəsəbəsində, Qarqar çayının sol sahilində, Əsgəran qalasının ətrafında basdırıldığını etiraf edib.

Aşkar edilən kütləvi məzarlığa bu gün media-tur təşkil edilib. Media-turda yerli media nümayəndələri ilə yanaşı Serbiya, Türkiyə, Mərakeş, Peru, Uruqvay, Özbəkistan, Bosniya və Herseqovina, Rusiyadan olan 35 nəfər xarici media nümayəndəsi də iştirak edib.

Bildirilib ki, ərazidə davam etdiriləcək axtarış işləri nəticəsində burada yeni insan qalıqlarının aşkar edilməsi gözlənilir. İnsan qalıqlarının eyniləşdirilməsi məqsədi ilə növbəti mərhələdə nümunələr götürülərək aidiyyəti laboratoriyaya təhvil veriləcək.

Qeyd edək ki, daha əvvəl Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs Rəşid Beqlaryan ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı Xocalı soyqırımında qətlə yetirilən azərbaycanlıların Əsgəran qalası ətrafında kütləvi basdırıldığı həmin ərazini göstərmişdi.

***

14.29

Xocalı rayonunda kütləvi məzarlıq aşkarlanıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, məzarlıq Xocalının Əsgəran qəsəbəsində aşkar edilib.

Məlumata görə, Əsgəran qalasının yaxınlığında aşkar edilən məzarlıqda ən azı 8 insan qalığının olması ehtimal edilir.

Müvafiq qurumların nümayəndələri əraziyə baxış keçiriblər.