İstanbulda və Ankarada seçici aktivliyi 90%-dən çox olub

İstanbulda və Ankarada seçici aktivliyi 90%-dən çox olub

7 fevral 2024-cü il tarixində keçirilən növbədənkənar Azərbaycan Respublikası prezidenti seçkiləri çərçivəsində İstanbulda seçici aktivliyi 94,63%, Ankarada isə 93,7% olub.

Bu barədə Birxeber.Az-nın Türkiyə müxbirinə diplomatik nümayəndəliklərimizdən bildirilib.

Qeyd edək ki, seçki çərçivəsində Ankara şəhərində yerləşən səfirlikdə 46 və 47, İstanbuldakı Baş konsulluqda 53 və 54, Qarsdakı Baş konsulluqda 55 saylı seçki məntəqələri yaradılmışdı.