Baş katib: TDT Azərbaycanın azad edilmiş ərazilərində ilk dəfə seçki keçirilməsindən qürur hissi duyur

Baş katib: TDT Azərbaycanın azad edilmiş ərazilərində ilk dəfə seçki keçirilməsindən qürur hissi duyur

Missiyamız seçki günü Bakıda, Şuşada, Xankəndidə və Xocalıda monitorinqlər aparıb.

Birxeber.Az xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev Azərbaycanda keçirilmiş növbədənkənar prezident seçkilərində aparılan monitorinqin yekunlarına dair brifinqdə deyib.

O bildirib ki, missiya qardaş Azərbaycanın azad edilmiş ərazilərində ilk dəfə seçki keçirməsindən qürur və fərəh hissi keçirir: “Seçki prosesi zamanı missiyamız heç bir qanunsuzluq, narazılıq müşahidə etməyib. Hər şey qanuna uyğun idi. Seçicilərin rahatlığı üçün hər cür şərait yaradılmışdı. Müşahidə missiyamız seçkilərə təsir edə biləcək hər hansı bir mənfi halla qarşılaşmayıb. Seçki məntəqələrində beynəlxalq və yerli müşahidəçilər üçün əlçatanlıq təmin olunmuşdu. Müşahidəçilər bütün məntəqələrdə seçkilərə nəzarət edə bilirdi. Həmçinin missiya onu da müşahidə etdi ki, bütün seçki məntəqələri lazımi texnikalarla təmin olunmuşdu. Nəticə olaraq missiya bu qərara gəldi ki, Azərbaycanda növbədənkənar prezident seçkiləri açıq və şəffaf keçirilib”.