“Sun Tea” çay fabrikinin direktoru həkimlərə çayın faydalarından danışıb

“Sun Tea” çay fabrikinin direktoru həkimlərə çayın faydalarından danışıb

“Sun Tea” çay fabrikinin direktoru və eyni zamanda ölkənin tanınmış çay mütəxəssisi Nuriyyə Rəhmanova “Liv Bona Dea” hospitalın həkimləri ilə görüş keçirib.

Tədbirdə Nuriyyə xanım hospitalın həkimlərinə çayın növləri, tərkibi və faydalarından bəhs edib.

Keçirilən interaktiv görüşdə Nuriyyə Rəhmanova çayın dəmlənmə qaydaları haqqında da geniş məlumatlar verib.

“Azərsun Holdinq”in müəssisələrindən biri olan “Sun Tea” çay fabriki 1996-cı ildən fəaliyyətə başlayıb. Ümummilli lider Heydər Əliyevin iştirakı ilə istismara verilən müəssisə, regionda ən müasir texnologiyaya sahibdir. Yüksək istehsal gücü ilə fəaliyyətə başlayan çay qablaşdırma fabrikində dəmir qutu, karton qutu, şəffaf paket, eləcə də birdəfəlik qablaşdırmada qara çay, yaşıl çay, meyvəli və bitkili çaylar geniş məhsul çeşidləri ilə istehsal edilir.