Qırğız deputat: Azərbaycanda seçkilərin keçirilməsi üçün bütün lazımi şərait yaradılıb

Qırğız deputat: Azərbaycanda seçkilərin keçirilməsi üçün bütün lazımi şərait yaradılıb

“Azərbaycanda seçkilərin keçirilməsi üçün bütün lazımi şərait yaradılıb”.

Birxeber.Az xəbər verir ki, bunu Qırğızıstan parlamentinin nümayəndə heyətinin rəhbəri İskəndər Matraimov Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində aparılan monitorinqin yekunlarına dair brifinqdə deyib.

O bildirib ki, prezident seçkilərində 7 nəfərin namizədliyinin irəli sürülməsi onu göstərir ki, seçicilər üçün alternativ namizədlərin olduğu platforma mövcud olub: “Bütün namizədlərə bərabər şərait yaradılmışdı. Namizədliyini təqdim edənlər də daxil olmaqla hər bir namizədə təşviqat kampaniyası üçün mümkün olan bütün çıxış imkanları təşkil edilmişdi. Beynəlxalq standartlarda göstərilən şərtlərə seçki prosesində riayət olunub. Xaricdə yaşayan vətəndaşlar üçün şərait yaradılmış, evindən çıxa bilməyən şəxslər üçün də səsvermə hüququ təmin edilmişdi”.

Matraimov Azərbaycana sülh arzulayıb: “Artıq Azərbaycanda müharibə olmasın”.