İƏT: Azərbaycanda seçki prosesi yüksək fəallıqla keçib - BƏYANAT

İƏT: Azərbaycanda seçki prosesi yüksək fəallıqla keçib - BƏYANAT

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) 2024-cü il fevralın 7-də Azərbaycan Respublikasında keçirilmiş növbədənkənar prezident seçkiləri ilə bağlı bəyanat yayıb.

APA xəbər verir ki, bəyanatda deyilir:

“2024-cü il fevralın 7-də Azərbaycan Respublikasında keçirilmiş növbədənkənar prezident seçkilərini izləmək üçün Azərbaycan hökumətinin dəvəti ilə İƏT Baş Katibliyinin yüksək səlahiyyətli müşahidəçi heyəti ölkəyə göndərilib.

İƏT komandası seçkilərin üç mərhələsini müşahidə edib: səsvermə öncəsi hazırlıq, səsvermə günü və səslərin hesablanması. Komanda həmçinin aidiyyəti qurum və partiyalarla görüşüb və səsvermənin gedişi ilə bağlı məlumatlandırılıb. İƏT komandası monitorinq funksiyalarını yekunlaşdıraraq seçki prosesinin şəffaf, azad və mütəşəkkil şəraitdə, seçicilərin siyasi və vətəndaş hüquqlarından istifadə edərək yüksək fəallıqla ilə keçirildiyini qeyd edib.

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha prezident seçkilərinin uğurlu təşkili münasibətilə Azərbaycan xalqını təbrik edir”, - bəyanatda deyilir.