Rusiya MSK Boris Nadejdini prezidentliyə namizəd kimi qeydə almaqdan imtina edib - YENİLƏNİB

Rusiya MSK Boris Nadejdini prezidentliyə namizəd kimi qeydə almaqdan imtina edib - YENİLƏNİB

Rusiya Mərkəzi Seçki Komissiyası Boris Nadejdini prezidentliyə namizəd kimi qeydə almaqdan imtina edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, buna Nadejdini dəstəkləmək üçün toplanılan 9147 imzanın etibarsız hesab edilməsi səbəb olub.

***

13:00

Rusiya Mərkəzi Seçki Komissiyası prezidentliyə namizəd Boris Nadejdini dəstəkləyən 9 147 imzanı etibarsız hesab edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya MSK-dan bildirilib.

Nadejdini dəstəkləyən 60 min imza yoxlanıldıqdan sonra imzaların 9 147-sinin etibarsız olduğu müəyyən olunub.

Qeyd edək ki, Rusiyada seçki haqqında qanuna görə, etibarsız imzaların yuxarı həddi 5 faiz təşkil edir. Buna görə də Boris Nadejdinin prezidentlik yarışını tərk edəcəyi gözlənilir.

Xatırladaq ki, Rusiyada prezident seçkiləri bu il martın 15-dən 17-dək keçiriləcək. Artıq Rusiya MSK dövlət başçısı vəzifəsinə hazırkı Prezidenti Vladimir Putinin, liberal demokrat partiyasının namizədi Leonid Slutskinin, komunistlərin namizədi Nikolay Xaritonovun, "Yeni insanlar" partiyasının namizədi Vladislav Davankovun namizədliyini təsdiqləyib. Fevralın 10-a kimi MSK seçki bülletenində qeyd olunacaq prezidentliyə namizədlərin son siyahısını təsdiq etməlidir.