Türkiyə ordusu son bir həftədə 44 terrorçunu zərərsizləşdirib

Türkiyə ordusu son bir həftədə 44 terrorçunu zərərsizləşdirib

Türkiyə ordusu İraq və Suriyanın şimalı da daxil olmaqla, son bir həftədə 44 terrorçunu zərərsizləşdirib.

Birxeber.Az-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bunu Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk brifinq zamanı bildirib.

O qeyd edib ki, beləliklə, 2024-cü il yanvarın 1-dən zərərsizləşdirilən terrorçuların sayı 359-a çatıb ki. Onlardan 144-ü İraqın, 215-i isə Suriyanın şimalında məhv edilib.