Rusiyada orduda müqaviləli xidmət üçün vahid yaş həddinin tətbiqi təklif olunub

Rusiyada orduda müqaviləli xidmət üçün vahid yaş həddinin tətbiqi təklif olunub

Rusiyada səfərbərlik dövründə orduda müqaviləli xidmət üçün vahid yaş həddinin tətbiqi təklif olunub.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu təkliflə Rusiya Müdafiə Nazirliyi çıxış edib.

"Rusiya Federasiyasının Müdafiə Nazirliyi bütün müqaviləli əsgərlər üçün səfərbərlik dövründə xidmət üçün vahid maksimum yaş həddi təyin etməyi təklif edir. Belə ki nazirlik bütün ali rütbəli zabitlər üçün 70 yaşa qədər, digər müqaviləli əsgərlər üçün - 65 yaşa qədər hədd təklif edib", - deyə federal qanun layihəsində qeyd olunub.