Qüdrət Həsənquliyev Prezident İlham Əliyevə zəng edib

Qüdrət Həsənquliyev Prezident İlham Əliyevə zəng edib

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, növbədənkənar prezident seçkilərində namizəd olmuş Qüdrət Həsənquliyev Prezident İlham Əliyevə zəng edib.

Bu barədə APA-ya BAXCP-nin mətbuat xidmətindən məlumat verilib.

Qüdrət Həsənquliyev İlham Əliyevi prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib, bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb.