Ermənistanda hakim partiyaya müxalifətin cəmindən çox pul ayrılıb

Ermənistanda hakim partiyaya müxalifətin cəmindən çox pul ayrılıb

Ermənistanda hakim Mülkü Müqavilə Partiyasına dövlət büdcəsindən müxalifətdə olan partiyaların cəmindən daha çox maliyyə vəsaiti ayrılıb.

“Birxeber.Az” xəbər verir ki, məlumatı Ermənistan KİV-i yayıb.

Bildirilib ki, hakim partiyaya 268 300 dram (65 min dollar), Robert Koçaryanın lideri olduğu, “Ermənistan” fraksiyası 163 min 221 dram (min dram 2,48 dollar), “Çiçəklənən Ermənistan” 50 min 444 dram ayrılıb.

Bu məbləğ 2024-cü ilin dövlət büdcəsindən veriləcək.