Pakistanlı müşahidəçi: “Gənclər Azərbaycanda keçirilən seçkilərdə fəal iştirak ediblər”

Pakistanlı müşahidəçi: “Gənclər Azərbaycanda keçirilən seçkilərdə fəal iştirak ediblər”

Fevralın 7-də Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində gənclər fəal şəkildə iştirak ediblər və bu da sevindirici xəbərdir.

“Birxeber.Az” xəbər verir ki, bunu Pakistan parlamentinin nümayəndəsi Faysal Salim Rəhman Azərbaycanda seçkilərin monitorinqinin nəticələrinə dair mətbuat konfransında bildirib.

“Azərbaycana prezident seçkilərini müşahidə etmək üçün gəlmişəm. Müxtəlif vaxtlarda bir sıra seçki məntəqələrində olmuşam, hər dəfə də KİV nümayəndələri ilə qarşılaşmışam. Bu, çox sevindirici haldır”, - o vurğulayıb.

Müşahidəçinin fikrincə, digər müsbət məqam gənclərin bu seçkilərdə çox fəal şəkildə iştirak etməsi olub: “Bu, seçki prosesi üçün çox yaxşıdır və xalqın öz prezidentinə etimadını nümayiş etdirir”.