Azərbaycan gimnastika millisi beynəlxalq turnir üçün Lüksemburqa yollanıb

Azərbaycan gimnastika millisi beynəlxalq turnir üçün Lüksemburqa yollanıb

Bədii gimnastika üzrə Azərbaycan millisi “LUXGR Cup 2024” beynəlxalq turnirində iştirak etmək üçün Lüksemburqa yollanıb.

“Report” federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, yığma yarışa 6 idmançı ilə gedib.

Onlardan Fidan Qurbanlı, Dəniz Abdullazadə, Sofiya Məmmədova, Nəzrin Abdullayeva gənclər, Kamilla Seyidzadə və Mədinə Dəmirova isə böyüklər arasında mübarizə aparacaqlar.

Qeyd edək ki, beynəlxalq turnir fevralın 9-11-i aralığında keçiriləcək.