Ukraynalı deputat: Azad olunmuş ərazilərdə seçkinin təşkili Ukrayna üçün təcrübədir

Ukraynalı deputat: Azad olunmuş ərazilərdə seçkinin təşkili Ukrayna üçün təcrübədir

“Bu prezident seçkilərinin əsas özəlliyi odur ki, seçki prosesi bütün Azərbaycan ərazisini əhatə edib”.

APA xəbər verir ki, bunu Ukrayna Nümayəndə heyətinin rəhbəri, Dostluq qrupunun həmsədri Valeriy Kolyux Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində aparılan monitorinqin yekunlarına dair brifinqdə deyib.

"Bunun nəticəsində, seçkilərdə iştirak yüksək səviyyədə olub. İşğaldan azad olunmuş ərazilərdə seçkinin təşkili Ukrayna üçün təcrübədir. Məsələn, Donbasda seçkilərin keçirilməsi zamanı bu təcrübədən yararlana bilərik", - o əlavə edib.

Deputat Serxiy Bunin isə, öz növbəsində, Azərbaycan xalqını təbrik edib.

"Hesab edirəm ki, seçilən lider ölkəni inkişafa və Ukrayna ilə dövlət münasibətlərinin daha da irəli aparılmasına təkan verəcəkdir", - deputat vurğulayıb.