Malayziya senatının sədr müavini: Heç kəsin səsvermə haqqına müdaxilə edilməyib

Malayziya senatının sədr müavini: Heç kəsin səsvermə haqqına müdaxilə edilməyib

“Ötən gün Malayziya parlamentinin nümayəndələri Bakıda 5 məntəqədə müşahidə aparıb. Müşahidə heyətimiz Bakının Bilgəh qəsəbəsində də müşahidələr aparıb. Heç kəsin səsvermə haqqına müdaxilə edilməyib. Seçkilər fəal və şəffaf şəkildə baş tutub”.

Birxeber.Az xəbər verir ki, bunu Malayziya senatının sədr müavini Nur Cazlan Mohammed 7 fevral Azərbaycanda keçirilən növbədənkənar seçkilərinin nəticələri ilə bağlı danışarkən deyib.

O bildirib ki, seçkilərdən sonra formalaşacaq yeni hökumət iki ölkə arasında münasibətlərin daha da inkişaf etməsinə səbəb olacaq.