Rusiya Ermənistanı KTMT-ə ictimai hücumları dayandırmağa çağırıb

Rusiya Ermənistanı KTMT-ə ictimai hücumları dayandırmağa çağırıb

Rusiya Ermənistanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına ictimai hücumları dayandırmağa çağırıb.

Birxeber.Az-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin bildirib.

Onun sözlərinə görə, rəsmi Moskva İrəvanı ictimai hücumlar və tənqid əvəzinə KTMT-dəki vəziyyəti müzakirə etməyə çağırır.

"Hər kəs KTMT-nin fəaliyyətinin və onun hərbi-siyasi birlik kimi effektivliyinin daha da təkmilləşdirilməsində maraqlıdır. Təbii ki, buna Ermənistanın tez bir zamanda təşkilat daxilində normal və tam işinə qayıtması kömək edərdi. Təəssüf ki, erməni müttəfiqlərimiz indiyə qədər həqiqətən də ondan uzaqlaşıblar", deyə Rusiya XİN başçısının müavini vurğulayıb.