Belarus müşahidəçi: Seçkidəki qələbə Azərbaycan xalqının qələbəsidir

Belarus müşahidəçi: Seçkidəki qələbə Azərbaycan xalqının qələbəsidir

Azərbaycan Prezidentini və Azərbaycan xalqını bu böyük qələbə və uğur münasibətilə təbrik edirəm.

APA xəbər verir ki, bunu beynəlxalq müşahidəçi, Belarus Parlamenti Respublika Şurasının sədr müavini Valeri Belski Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində aparılan monitorinqin yekunlarına dair brifinqdə deyib.

"Azərbaycan dövləti hər zaman xoşməramlı qonşuluq münasibətlərinə və xalqlararası dostluq və əməkdaşlığa önəm verib. Bəzi dövlətlər Azərbaycan haqqında qeyri-obyektiv fikirlər səsləndirsə də, biz bu fikirlərlə razılaşmırıq. Hesab edirəm ki, bu qələbə xalqın iradəsinin qələbəsidir", - o əlavə edib.

Valeri Belski Qarabağda 2 seçki məntəqəsində olduqlarını, seçkinin şəffaf keçirildiyini və insanların aktivlik nümayiş etdirdiklərini qeyd edib: "Qarabağın dirçəlməsi və yenidən qurulması prosesində iştirak edənlərin seçkidə iştirakını xüsusilə vurğulamaq istəyirəm. Onlar səs verdikdən dərhal sonra öz işlərinə - Qarabağın bərpasına qayıdırdılar ki, bu da nəzərimizdən qaçmadı".

Nümayəndə MSK-nın işindən tam razılığını ifadə edib: "Onlar bu günlərdə həm bizim üçün, həm də səs verən əhali üçün ən yüksək təşkilatçılığı həyata keçirirdilər. Mən fürsətdən istifadə edib təşkilatçılara təşəkkür edirəm".