Beynəlxalq müşahidəçi: AŞPA başqa dövlətlərə seçki ilə bağlı ağıl öyrətmək istəyir

Beynəlxalq müşahidəçi: AŞPA başqa dövlətlərə seçki ilə bağlı ağıl öyrətmək istəyir

"AŞPA başqa dövlətlərə, onların keçirdikləri seçki prosesinə fikir bildirir, onlara ağıl öyrətmək istəyir. Hesab edirlər ki, buna haqları var".

Birxeber.Az xəbər verir ki, bunu Beynəlxalq müşahidəçi, Belarus Parlamenti Respublika Şurasının sədr müavini Valeri Belski Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində aparılan monitorinqin yekunlarına dair brifinqdə deyib.

"Mən kütləvi informasiya vasitələri ilə qanunvericiliyi yaradan həmin insanları Azərbaycana dəvət edirəm. Onları dəvət edirəm ki, seçki prosesinin necə keçirilməli olduğuna özləri şahid olsunlar", - o əlavə edib.

Valeri Belski Azərbaycana qarşıdan gələn parlament seçkilərində, eləcə də COP29 kimi mötəbər tədbirin təşkili məsələsində uğurlar arzu edib.