Malayziya nümayəndəsi: "Heç kimin səsvermə hüququna müdaxilə edilmədi"

Malayziya nümayəndəsi: "Heç kimin səsvermə hüququna müdaxilə edilmədi"

Bakı şəhərində 5, Bilgəh qəsəbəsində isə 1 seçki məntəqəsində müşahidə apardıq. Seçkilərin şəffaf keçdiyini müşahidə etdik.

"Birxeber.Az"un məlumatına görə, bunu Malayziya senatının sədr müavini Nur Cazlan Muhamed Azərbaycanda növbədənkənar prezident seçkilərinin yekunları ilə bağlı fevralın 8-də keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, heç kimin səsvermə hüququna müdaxilə edilmədi: "Seçici aktivliyi yüksək səviyyədə idi. Seçkilər beynəlxalq standartlara uyğun keçirildi. İnanırıq ki, seçkilərdən sonra Azərbaycan və Malayziya arasında dostluq və əməkdaşlıq güclənəcək".

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının (MSK) son açıqlamasına görə, məntəqələrdən bülletenlərin 93,3 faizinin nəticəsi təqdim edilib. Seçki bülletenlərinin sayı 4 659 967, səs vermiş seçicilərin sayı isə 4 660 025-dir.

Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev səslərin 92,05% faizini qazanmaqla növbədənkənar prezident seçkilərində liderlik edir.