“Böyük beşlik” ölkələrində mövsümün ən çox məhsuldar ötürmə verən futbolçusu bilinib

“Böyük beşlik” ölkələrində mövsümün ən çox məhsuldar ötürmə verən futbolçusu bilinib

“Böyük beşlik” ölkələrinin (İngiltərə, İtaliya, İspaniya, Almaniya, Fransa) yüksək liqalarında çıxış edən futbolçular arasında mövsümün ən çox məhsuldar ötürmə verən oyunçusu Florian Virtsdir.

“Birxeber.Az” xəbər verir ki, Almaniyanın “Bayer 04” klubunun yarımmüdafiəçisi cari mövsümün geridə qalan hissəsində bütün turnirlərdə ümumilikdə 15 assistlə yarışa başçılıq edir.

20 yaşlı pleymeykeri 12 məhsuldar ötürmə ilə iki futbolçu izləyir. Bunlar “Bavariya”lı (Almaniya) Leroy Sane və “Arsenal”lı (İngiltərə) Bukayo Sakadır. Hərəyə 11 assist edən İngiltərənin “Liverpul” klubunun hücumçusu Darvin Nunyes və “Brayton” komandasının üzvü Paskal Qross ilk “beşliy”i qapayırlar.

Qeyd edək ki, Florian Virts bu mövsüm bütün turnirlərdə keçirdiyi 28 oyunda 15 məhsuldar ötürmə ilə yanaşı, 8 qol da vurub.