Qırğızıstan MSK-nın rəsmisi: “Azərbaycanda seçkilərin müşahidəsi zamanı heç bir qanun pozuntusu qeydə alınmayıb”

Qırğızıstan MSK-nın rəsmisi: “Azərbaycanda seçkilərin müşahidəsi zamanı heç bir qanun pozuntusu qeydə alınmayıb”

Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərinin müşahidəsi zamanı heç bir qanun pozuntusu qeydə alınmayıb.

“Report” xəbər verir ki, bunu Qırğızıstan Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Tınçtık Şaynazarov Azərbaycanda keçirilən prezident seçkilərinin monitorinqinin yekunlarına dair mətbuat konfransında deyib.

“Müşahidələrimiz zamanı seçki prosesi ilə bağlı heç bir şikayətin olmamasının şahidi olduq. İstənilən ölkə Azərbaycanın seçiminə hörmət etməlidir. Bu seçkilərə ən yaxşı qiymətləndirməni MDB missiyası verib”, - o vurğulayıb.