Erməni təxribat-diversiya qrupu Xocavənddə DİN əməkdaşlarına qarşı terror aktı törədib, cinayət işi başlanıb - BİRGƏ MƏLUMAT

Erməni təxribat-diversiya qrupu Xocavənddə DİN əməkdaşlarına qarşı terror aktı törədib, cinayət işi başlanıb - BİRGƏ MƏLUMAT

Daxili İşlər Nazirliyi (DİN) əməkdaşlarına qarşı törədilmiş terror aktı ilə bağlı cinayət işi başlanılıb.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun Mətbuat xidmətləri birgə məlumat yayıb.

Sentyabrın 19-u DİN-in əməkdaşlarının olduğu “Kamaz” markalı nəqliyyat vasitəsi həmin gün Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının öldürülməsi ilə nəticələnmiş terror hadisəsinin baş verdiyi yer istiqamətində hərəkət edərkən saat 04:30 radələrində Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partlamış, törədilmiş terror aktı nəticəsində DİN-in əməkdaşları olan 05.02.1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 08.07.1987-ci təvəllüdlü Şirinov Ramil Arif oğlu, 12.07.1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 21.07.1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlu hadisə yerində həlak olublar.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 214.2.1, 214.2.2, 214.2.3 (mütəşəkkil dəstə tərəfindən təkrar odlu silahdan, partlayıcı maddələrdən və qurğulardan istifadə etməklə terrorçuluq), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.10, 120.2.11, 120.2.12 (mütəşəkkil dəstə tərəfindən, ümumi təhlükəli üsulla, təkrar, zərər çəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar, milli ədavət və düşmənçilik niyyəti ilə iki və ya daha çox şəxsi terrorçuluqla əlaqədar öldürmə), 228.3 (mütəşəkkil dəstə tərəfindən təkrar qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə birgə istintaq-əməliyyat tədbirləri həyata keçirilir, gedişatı barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.

Daxili siyasət Daxili siyasət
Ali Məhkəmənin yaradılmasının 100 illiyi münasibətilə bir qrup şəxs təltif edilib - SİYAHI

Ali Məhkəmənin yaradılmasının 100 illiyi münasibətilə bir qrup şəxs təltif edilib - SİYAHI

Daxili siyasət Daxili siyasət
Hərbi İnstitutda növbəti konfrans keçirilib

Hərbi İnstitutda növbəti konfrans keçirilib

Daxili siyasət Daxili siyasət
Heydər Əliyevin 100-cü ildönümünə həsr olunan tədbir keçirilib

Heydər Əliyevin 100-cü ildönümünə həsr olunan tədbir keçirilib

Daxili siyasət Daxili siyasət
Qərbi Azərbaycan İcması Ermənistanda Azərbaycan bayrağının yandırılması ilə bağlı bəyanat yayıb

Qərbi Azərbaycan İcması Ermənistanda Azərbaycan bayrağının yandırılması ilə bağlı bəyanat yayıb

Daxili siyasət Daxili siyasət
Akif İslamzadə “Şöhrət” ordeni ilə təltif edilib

Akif İslamzadə “Şöhrət” ordeni ilə təltif edilib

Daxili siyasət Daxili siyasət
“Ana fəryadı” abidəsinin yerləşdiyi parkda abadlıq işləri aparılır

“Ana fəryadı” abidəsinin yerləşdiyi parkda abadlıq işləri aparılır

Daxili siyasət Daxili siyasət
Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi təmin olunub

Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi təmin olunub

Daxili siyasət Daxili siyasət
Azərbaycanda partiya sədrlərinin psixoloji durumunun yoxlanılması təklif edilir

Azərbaycanda partiya sədrlərinin psixoloji durumunun yoxlanılması təklif edilir

Daxili siyasət Daxili siyasət
Cəlilabadda Şəhidlər xiyabanı ziyarət olunub

Cəlilabadda Şəhidlər xiyabanı ziyarət olunub

Daxili siyasət Daxili siyasət
Türkiyəyə yardıma gedən Azərbaycan könüllüləri üçün düşərgə təşkil olunub

Türkiyəyə yardıma gedən Azərbaycan könüllüləri üçün düşərgə təşkil olunub

Daxili siyasət Daxili siyasət
Baş prokuror Naxçıvanda səfərdədir, vətəndaşları qəbul edəcək

Baş prokuror Naxçıvanda səfərdədir, vətəndaşları qəbul edəcək

Daxili siyasət Daxili siyasət
İlham Əliyev və Mehriban Əliyeva Neftçalada Nərə Damazlıq Təsərrüfatında yaradılan şəraitlə tanış olublar - YENİLƏNİB

İlham Əliyev və Mehriban Əliyeva Neftçalada Nərə Damazlıq Təsərrüfatında yaradılan şəraitlə tanış olublar - YENİLƏNİB