1,3 milyondan çox nömrə ilə şəbəkəyə qoşulan 12,5 mindən çox IMEI koda “klon” statusu verilib

1,3 milyondan çox nömrə ilə şəbəkəyə qoşulan 12,5 mindən çox IMEI koda “klon” statusu verilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC Azərbaycana gətirilən mobil cihazların surəti köçürülmüş IMEI kodlarla qeydiyyatdan keçirilməsinə qarşı intensiv mübarizə tədbirlərini davam etdirir.

Bununla bağlı şirkət mütəmadi olaraq, monitorinq edərək surətinin köçürülməsi şübhəsi olan IMEI kodlar üzrə ətraflı araşdırma aparır.

Nəticədə surətinin köçürüldüyü aşkarlanan IMEI koda “klon” statusu verilərək istifadəsi məhdudlaşdırılır. Həmin IMEI kodun köçürüldüyü cihazlar yalnız üzərində olan nömrələrlə telekommunikasiya şəbəkəsindən istifadəyə davam edirlər.

Görülən mübarizə tədbirləri çərçivəsində bu günə qədər 12 589 IMEI koda “klon” statusu verilərək blok edilib. Həmin IMEI kodlar son üç ayda 1 337 478 ədəd mobil nömrəyə aid abunəçi kimliyi ilə şəbəkədə görünüb. Bu IMEI kodlarla 686 371 dəfə şəbəkəyə qoşulma cəhdinə Mobil Cihazların Qeydiyyat Sistemi (MCQS) imtina cavabı verib.

Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”na əsasən, xaricdən gətirilən mobil telefonlar ölkə telekommunikasiya şəbəkəsində istifadə olunması üçün 30 gün ərzində qeydiyyatdan keçirilməlidir. Bu zaman fiziki şəxsin şəxsi istehlakı üçün ölkəyə gətirdiyi mobil cihazın bazar qiymətinə uyğun olaraq dövlət rüsumu ödəməsi nəzərdə tutulur.

Bəzən dövlət rüsumunu ödəməmək üçün daha əvvəl qeydiyyatdan keçmiş telefonun IMEI kodunun surətinin yeni telefonlara köçürülməsi halları baş verir. Surəti köçürülmüş IMEI kodun məxsus olduğu cihazın sahibi isə bu prosesdən tamamilə məlumatsız olur və daha sonra müəyyən çətinliklərlə rastlaşır.

Bu cür hallarla qarşılaşmamaq və aldadılmamaq üçün yeni alınan və ya hazırda istifadədə olan mobil telefonların IMEI kodunun surətinin köçürülməsi statusu barədə nazirliyin Vahid Elektron Xidmətlər Portalından məlumat əldə etmək olar.

Bunun üçün telefonun ekranında *#06# yığaraq cihazın IMEI kodunu öyrənib daha sonra portala daxil olaraq “IMEI yoxlama” xidmətinə keçid etmək lazımdır. Ekranda görünən xanaya IMEI kodu daxil edib “Yoxla” düyməsinə klik edərək telefonun IMEI koduna “klon” statusu verilib-verilmədiyini öyrənmək olar.

İKT İKT
Əfqan Cəlilov: "Vaxtında çatdırılmanı azı 93 %-ə yüksəltmək niyyətindəyik"

Əfqan Cəlilov: "Vaxtında çatdırılmanı azı 93 %-ə yüksəltmək niyyətindəyik"

İKT İKT
Dövlət Xidməti I rübdə 8 milyona yaxın elektron məktubu emal edib

Dövlət Xidməti I rübdə 8 milyona yaxın elektron məktubu emal edib

İKT İKT
Azərbaycanın kiberməkanına İrandan hücumlar olub - HESABAT

Azərbaycanın kiberməkanına İrandan hücumlar olub - HESABAT

İKT İKT
"Bakcell"in yeni baş icraçı direktoru təyin edilib

"Bakcell"in yeni baş icraçı direktoru təyin edilib

İKT İKT
Naxçıvanın rabitə və nəqliyyat sahəsinin inkişafı üzrə perspektiv planlar müzakirə olunub

Naxçıvanın rabitə və nəqliyyat sahəsinin inkişafı üzrə perspektiv planlar müzakirə olunub

İKT İKT
Mustafa Varank: "Azərbaycanda Türkiyənin texnologiya parklarına bənzəri qurulacaq"

Mustafa Varank: "Azərbaycanda Türkiyənin texnologiya parklarına bənzəri qurulacaq"

İKT İKT
Azərbaycanda büdcə prosesi tam elektronlaşdırıla bilər

Azərbaycanda büdcə prosesi tam elektronlaşdırıla bilər

İKT İKT
Şahin Əliyev: "Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məhsulları xaricə ixrac olunacaq"

Şahin Əliyev: "Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məhsulları xaricə ixrac olunacaq"

İKT İKT
Mobil cihazların İMEİ nömrəsini dəyişdirən və ya surətini köçürənlər inzibati məsuliyyət daşıyacaq

Mobil cihazların İMEİ nömrəsini dəyişdirən və ya surətini köçürənlər inzibati məsuliyyət daşıyacaq

İKT İKT
"Azercell Telecom"un peşəkarları “İT-Akademiya"nın tələbələri ilə təcrübələrini bölüşüb

"Azercell Telecom"un peşəkarları “İT-Akademiya"nın tələbələri ilə təcrübələrini bölüşüb

İKT İKT
"Teleradio" İstehsalat Birliyi ötən ili zərərlə başa vurub

"Teleradio" İstehsalat Birliyi ötən ili zərərlə başa vurub

İKT İKT
Naxçıvan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytı “gov.az” zonasına köçürülüb

Naxçıvan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytı “gov.az” zonasına köçürülüb