"Araz-Naxçıvan"ın qapıçısı: "Neftçi" ilə oyunda təşvişə düşmədik"

"Araz-Naxçıvan"ın qapıçısı: "Neftçi" ilə oyunda təşvişə düşmədik"

"Muhammed Kadiri oyun epizodu zamanı ikinci sarı-qırmızı vərəqə aldı. Komandaya çox kömək etdi. O, meydandan çıxdıqdan sonra panikaya düşmədik, əksinə, daha diqqətli olduq".

"Birxeber.Az"un məlumatına görə, bu fikirləri "Araz-Naxçıvan"ın qapıçısı Avram Kristian "Neftçi"yə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının VI turunun oyunu ilə bağlı klubun rəsmi saytına müsahibəsində deyib.

29 yaşlı qolkiper rəqibin iddialı kollektiv olduğunu və çempionluq uğrunda mübarizə apardığını bildirib: "Heyətlərində çoxsaylı futbolçular var. Biz bütün matçlara qələbə üçün çıxırıq. Baş məşqçimiz bunu tələb edir. Hansısa görüşə çıxanda deməyib ki, heç-heçə məni qane edir. Çox ambisiyalıdır. “Neftçi” ilə qarşılaşmaya da yaxşı hazırlaşmışdıq. Bəhrəsini də gördük. Mübarizə apardıq, məşqçi heyətinin tapşırıqlarını yerinə yetirdik, buna görə də 3 xal qazandıq.

Moldovalı oyunçu VII turda üz-üzə gələcəkləri "Səbail"lə görüş haqqında danışıb: "İki günlük istirahətdən sonra məşqlərimizi bərpa etdik. Lazım olan informasiyanı baş məşqçimiz verəcək. Diqqətli olmalı, yaxşı hazırlaşmalıyıq. Yenə deyirəm, rəqibin kimliyindən asılı olmayaraq, bizdən qələbə tələb olunur. Futbol kollektiv oyundur. Konkret hansısa futbolçuya diqqət yetirmək, ancaq onu zərərsizləşdirməyə fokuslanmaq düzgün deyil. Komanda olaraq meydanda məqsədimizə nail olmaq üçün hər şeyi edəcəyik. Məşqçilərin verəcəyi informasiya da vacibdir".

Avram Kristian Azərbaycan Premyer Liqası barədə fikirlərini də bölüşüb: "Matçlar da, nəticələr də maraqlıdır. Əksər komandalar yüksək yerlərə iddialıdır. Hər kəs mübarizə aparır. Zəif rəqib yoxdur. Əlbəttə, bu Azərbaycan futbolu üçün vacib amildir. Çempionat yeni başlayıb. Heç birinci dövrə başa çatmayıb. Qış fasiləsində çox dəyişikliklər ola bilər. İndidən kimsə deyə bilməz ki, mövsümü bu pillədə başa vuracam. Onu mayda biləcəyik. Ancaq hazırkı mövqeyimizi yaxşılaşdırmaq imkanımız var. Təsəvvür edin, 4 komandanın hesabında eyni xal var".

Futbol Futbol
"Sumqayıt"ın hazırlıq planı bəlli olub

"Sumqayıt"ın hazırlıq planı bəlli olub

Futbol Futbol
Azərbaycanın U-21 yığması Türkiyə komandası ilə qarşılaşacaq

Azərbaycanın U-21 yığması Türkiyə komandası ilə qarşılaşacaq

Futbol Futbol
"Turan Tovuz" ilk transferlərini gerçəkləşdirib

"Turan Tovuz" ilk transferlərini gerçəkləşdirib

Futbol Futbol
"Sabah" - "Qarabağ" matçının hakimləri bəlli olub

"Sabah" - "Qarabağ" matçının hakimləri bəlli olub

Futbol Futbol
"Olimpiakos"un daha bir futbolçusu "Qarabağ"la oyunu buraxacaq

"Olimpiakos"un daha bir futbolçusu "Qarabağ"la oyunu buraxacaq

Futbol Futbol
AFFA İsveç – Azərbaycan matçındakı mümkün erməni təxribatı ilə bağlı UEFA-ya müraciət edəcək

AFFA İsveç – Azərbaycan matçındakı mümkün erməni təxribatı ilə bağlı UEFA-ya müraciət edəcək

Futbol Futbol
Premyer Liqa: "Şamaxı" və "Qarabağ"ın start heyətləri açıqlanıb

Premyer Liqa: "Şamaxı" və "Qarabağ"ın start heyətləri açıqlanıb

Futbol Futbol
"Qarabağ"ın baş məşqçisi: "Marko Yankoviç və Musa Qurbanlı ilə maraqlanırlar"

"Qarabağ"ın baş məşqçisi: "Marko Yankoviç və Musa Qurbanlı ilə maraqlanırlar"

Futbol Futbol
FIFA prezidenti: "Üç saat pivə içməsən, sənə heç nə olmayacaq"

FIFA prezidenti: "Üç saat pivə içməsən, sənə heç nə olmayacaq"

Futbol Futbol
"Qarabağ" Premyer Liqadakı ev oyunlarını mərkəzi arenada keçirəcək

"Qarabağ" Premyer Liqadakı ev oyunlarını mərkəzi arenada keçirəcək

Futbol Futbol
Fransa millisinin müdafiəçisi üçün mundial başa çatıb

Fransa millisinin müdafiəçisi üçün mundial başa çatıb

Futbol Futbol
Ronaldu: “Mançester Yunayted” mənə xəyanət etdi”

Ronaldu: “Mançester Yunayted” mənə xəyanət etdi”