Münhendə Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun II Forumu keçirilib

Münhendə Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun II Forumu keçirilib

Almaniyanın Münhen şəhərində Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun II Forumu keçirilib.

"Birxeber.Az" xəbər verir ki, tədbirdə üçü yeni olmaqla 18 ölkədən təmsilçilər iştirak ediblər.

Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə işinə başlayan Forumun baş katibi Hikmət Cavadov görülən işlər, həyata keçirilən layihələrlə bağlı iştirakçılara geniş məlumat verib. O qeyd edib ki, bu ilin may ayında İsveçin Stokholm şəhərində yaradılan Fond avqust ayında qeydiyyatdan keçib.

Forumda çıxış edənlər Fondun strukturundan, qarşıya qoyulan məqsədlərdən bəhs ediblər.

Bildirilib ki, xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları arasında koordinasiyanın daha düzgün və effektiv qurulmasına ehtiyac var.

Vurğulanıb ki, azərbaycanlılar dövlətin milli maraqları naminə təmsil olunduqları ölkələrin parlamentləri, dövlət qurumları, media və vətəndaş cəmiyyəti institutları ilə əlaqələri gücləndirməlidirlər.

Qeyd olunub ki, Vətənimizin suverenliyi, ərazi bütövlüyü uğrunda qələbə ilə başa çatmış 44 günlük müharibəni həzm edə bilməyən Ermənistan dövləti və onun Avropadakı havadarları Qarabağdakı separatçı rejimə açıq və ya gizli dəstək göstərərək bölgəni yeni savaş təhdidləri ilə üz-üzə qoyub.

Forumda diaspor fəallarından diqqətli olmaları, yaşadıqları ölkələrin media resurslarında dünya ictimaiyyətinə bölgədə baş verən hadisələrlə bağlı obyektiv informasiyalar vermələri tövsiyə olunub.

Çıxışlardan sonra müzakirələr əsasında daha operativ fəaliyyət üçün Fondun 4 komitəsi yaradılıb.

Sonda dünya azərbaycanlılarına müraciət qəbul olunub.

Diaspor Diaspor
Parisdə Azərbaycan əleyhinə qətnamənin qəbuluna etiraz olaraq piket keçiriləcək

Parisdə Azərbaycan əleyhinə qətnamənin qəbuluna etiraz olaraq piket keçiriləcək

Diaspor Diaspor
Naxçıvanda Diaspor Gənclərinin IV Yay Düşərgəsinin açılışı olub

Naxçıvanda Diaspor Gənclərinin IV Yay Düşərgəsinin açılışı olub

Diaspor Diaspor
ABŞ-dakı Azərbaycan icması BMT-ni rəsmi Bakının sülh səylərini dəstəkləməyə çağırıb

ABŞ-dakı Azərbaycan icması BMT-ni rəsmi Bakının sülh səylərini dəstəkləməyə çağırıb

Diaspor Diaspor
Niderlandda erməni təxribatının qarşısı alınıb, sənədli filmin nümayişinə imkan verilməyib

Niderlandda erməni təxribatının qarşısı alınıb, sənədli filmin nümayişinə imkan verilməyib

Diaspor Diaspor
Parisdə ulu öndər Heydər Əliyevin anım mərasimi keçirilib

Parisdə ulu öndər Heydər Əliyevin anım mərasimi keçirilib

Diaspor Diaspor
Münhendə Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun II Forumu keçirilib

Münhendə Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun II Forumu keçirilib

Diaspor Diaspor
Zəfər Qurultayınının ikinci günü: Azərbaycan diasporunun fəaliyyətini müəyyənləşdirəcək mühüm sənədlər qəbul ediləcək

Zəfər Qurultayınının ikinci günü: Azərbaycan diasporunun fəaliyyətini müəyyənləşdirəcək mühüm sənədlər qəbul ediləcək

Diaspor Diaspor
Kanadanın Baş naziri azərbaycanlı icmasına müraciət ünvanlayıb

Kanadanın Baş naziri azərbaycanlı icmasına müraciət ünvanlayıb

Diaspor Diaspor
“Ana dili - Azərbaycan məktəbi” layihəsi onlayn dərslərə start verib

“Ana dili - Azərbaycan məktəbi” layihəsi onlayn dərslərə start verib

Diaspor Diaspor
Rasim Balayev IV Yay Düşərgəsinin iştirakçılarına uğurlar arzulayıb

Rasim Balayev IV Yay Düşərgəsinin iştirakçılarına uğurlar arzulayıb

Diaspor Diaspor
“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının qurultayı keçirilib, yeni prezident seçilib

“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının qurultayı keçirilib, yeni prezident seçilib

Diaspor Diaspor
Azərbaycan diasporunun fəalları ABŞ-da şəhər meri ilə görüşüblər

Azərbaycan diasporunun fəalları ABŞ-da şəhər meri ilə görüşüblər