Bakıda 80-ə yaxın xəstəxanaya yeni elektrokardioqramma aparatları verilib

Bakıda 80-ə yaxın xəstəxanaya yeni elektrokardioqramma aparatları verilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) dəstəyi ilə Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan tibb müəssisələri yeni tibbi avadanlıqlarla təmin olunub.

Mərkəzdən "Report"a verilən məlumata görə, tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə son bir ayda Mərkəzin strukturuna daxil olan 80-ə yaxın tibb müəssisəsinə müasir standartlara cavab verən yeni elektrokardioqramma (EKQ) aparatları verilib.

Yaxın gələcəkdə Bakı şəhəri üzrə ilkin səhiyyə xidməti göstərən digər tibb müəssisələri də (poliklinikalar) həmin cihazlarla təmin ediləcək.

Bakı Baş Səhiyyə Mərkəzinin Tibbi xidmətin təşkili departamentinin İxtisaslı tibbi xidmətlərin təşkili şöbəsinin müdiri Aytən Sultanovanın sözlərinə görə, poliklinikaların yeni avadanlıqlarla təchiz olunması vətəndaşlara göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə müsbət təsir göstərəcək:

“Bakı şəhəri üzrə fəaliyyət göstərən poliklinikalarda olan elektrokardioqramma cihazlarının çoxu köhnəlmiş, yararsız hala düşmüşdü. Bu isə əhalinin tibbi müayinələr üçün böyük xəstəxanalara üz tutmasına və orada sıxlığın yaranmasına səbəb olurdu. Lakin artıq bu sahədə tədbirlər həyata keçirilir. Bu isə vətəndaşların poliklinikaların tibbi xidmətlərindən daha səmərəli istifadə etmələrinə şərait yaradır. Bu, həmçinin ikinci səviyyə tibb müəssisələrinin üzərinə düşən yükün azalmasına da səbəb olacaq”.

Əhalinin profilaktik müayinələrinin aparılması, xəstəliklərin vaxtından aşkarlanması, tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan tibb müəssisələrində yararsız olan tibb avadanlıqlarının yeniləri ilə əvəz olunması, müasir standartlara uyğun tibbi cihazların quraşdırılması istiqamətində işlər davam etdirilir.

SAĞLAMLIQ SAĞLAMLIQ
Kliniki Tibbi Mərkəz sosial şəbəkələrdə yayılan videoya münasibət açıqlayıb

Kliniki Tibbi Mərkəz sosial şəbəkələrdə yayılan videoya münasibət açıqlayıb

SAĞLAMLIQ SAĞLAMLIQ
AQTA sədri: “İşğaldan azad olunmuş ərazilərdə xəstəliklərdən azad zonalar yaradılması barədə prioritetlər müəyyənləşdirilir”

AQTA sədri: “İşğaldan azad olunmuş ərazilərdə xəstəliklərdən azad zonalar yaradılması barədə prioritetlər müəyyənləşdirilir”

SAĞLAMLIQ SAĞLAMLIQ
Səhiyyə Nazirliyi: “Ana olmaq istəyənlər sinə əməliyyatından çəkinməlidir”

Səhiyyə Nazirliyi: “Ana olmaq istəyənlər sinə əməliyyatından çəkinməlidir”

SAĞLAMLIQ SAĞLAMLIQ
AQTA 24 müəssisədə nöqsanlar aşkarlayıb

AQTA 24 müəssisədə nöqsanlar aşkarlayıb

SAĞLAMLIQ SAĞLAMLIQ
Alimlər beyni cavanlaşdırmağın üsulunu tapıblar

Alimlər beyni cavanlaşdırmağın üsulunu tapıblar

SAĞLAMLIQ SAĞLAMLIQ
"Azərbaycanda donuz qripi aşkarlanmayıb, vəziyyət diqqətlə izlənir" - RƏSMİ

"Azərbaycanda donuz qripi aşkarlanmayıb, vəziyyət diqqətlə izlənir" - RƏSMİ

SAĞLAMLIQ SAĞLAMLIQ
Son sutkada 115 yeni yoluxma faktı qeydə alınıb

Son sutkada 115 yeni yoluxma faktı qeydə alınıb

SAĞLAMLIQ SAĞLAMLIQ
Azərbaycanda son sutkada 15 nəfər koronavirusa yoluxub

Azərbaycanda son sutkada 15 nəfər koronavirusa yoluxub

SAĞLAMLIQ SAĞLAMLIQ
Xaricdə tibb təhsili alanlar üçün imtahan keçiriləcək

Xaricdə tibb təhsili alanlar üçün imtahan keçiriləcək

SAĞLAMLIQ SAĞLAMLIQ
Son sutkada Azərbaycanda 34 nəfər koronavirusa yoluxub

Son sutkada Azərbaycanda 34 nəfər koronavirusa yoluxub

SAĞLAMLIQ SAĞLAMLIQ
Nazirliyin mütəxəssisi: “Kök uşaq sağlam uşaq demək deyil”

Nazirliyin mütəxəssisi: “Kök uşaq sağlam uşaq demək deyil”

SAĞLAMLIQ SAĞLAMLIQ
Azərbaycanda son sutkada 11 nəfər koronavirusa yoluxub, ölən olmayıb

Azərbaycanda son sutkada 11 nəfər koronavirusa yoluxub, ölən olmayıb