Tacikistan təmsilçisi: “Azərbaycan hökuməti seçkilərə hərtərəfli hazırlaşıb”

Tacikistan təmsilçisi: “Azərbaycan hökuməti seçkilərə hərtərəfli hazırlaşıb”

Müşahidə prosesi göstərdi ki, hökumət bu mühüm siyasi tədbirin təşkilinə hərtərəfli hazırlaşıb.

"Report" xəbər verir ki, bunu Tacikistanın Seçkilər və Referendumlar üzrə Mərkəzi Komissiyasının rəhbəri Baxtiyer Xudoyerzoda keçirdiyi mətbuat konfransında deyib.

“Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) seçkilərdə şəffaflığı təmin edib. Siyasi partiyalar, KİV, ictimai təşkilatlar bu prosesə mühüm töhfə verdilər. Seçki məntəqələri müvafiq avadanlıqlarla təchiz edilib”, - B.Xudoyerzoda bildirib.

Onun sözlərinə görə, səsvermə günü müşahidəçilər məntəqənin açılışında iştirak ediblər: “Müşahidə prosesində heç bir qanun pozuntusu ilə rastlaşmadıq. MSK-nın, eləcə də KİV-in təşkilati işi seçici fəallığına öz töhfəsini verib. Hesab edirik ki, növbədənkənar seçkilər Azərbaycan Respublikasının Konstitusiyasına və Seçki Məcəlləsinə uyğun keçirilib”.