Dövlət Dumasının deputatı: “Vətəndaşlar seçkilərdə İlham Əliyevin qalibiyyət kursunu dəstəklədilər”

Dövlət Dumasının deputatı: “Vətəndaşlar seçkilərdə İlham Əliyevin qalibiyyət kursunu dəstəklədilər”

Azərbaycanda seçicilər səsvermədə fəal iştirak edərək ölkə Prezidenti İlham Əliyevin apardığı qalibiyyət kursunu dəstəklədiklərini nümayiş etdirdilər.

“Birxeber.Az” xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Aleksandr Yuşenko Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərinin monitorinqinin nəticələrinə dair mətbuat konfransında deyib.

"Səsvermə nizam-intizam şəraitində keçib, vətəndaşlar səsvermədə fəal iştirak ediblər. Bununla da insanlar Prezident İlham Əliyevin apardığı zəfər kursunu dəstəklədiklərini nümayiş etdiriblər", - siyasətçi bildirib.

O vurğulayıb ki, Azərbaycan öz müstəqil siyasi kursuna sadiq qalan ölkələrdən biridir: “Belə ölkələr üç əsas şərti yerinə yetirdikdə qlobal qarşıdurmada qalib gəlirlər. Birincisi, bütün resursların səfərbər edilməsidir. İkincisi, əhali arasında birlik və həmrəyliyi, üçüncüsü, müasir elmi-texniki nailiyyətlərə əsaslanan güclü iqtisadiyyatı təmin etməkdir. Biz Azərbaycanda keçirilən seçkilər zamanı hər üç nailiyyətin şahidi olduq”.