Samir Şərifov: “Qarabağın bərpasına kreditlərin cəlb edilməsi ilə bağlı müəyyən niyyətlərimiz var”

Samir Şərifov: “Qarabağın bərpasına kreditlərin cəlb edilməsi ilə bağlı müəyyən niyyətlərimiz var”

Azərbaycanın işğaldan azad olunan ərazilərinin yenidən qurulması və bərpası üçün kreditlərin cəlb edilməsi istiqamətdə işlər aparıla bilər.

Bunu "Birxeber.Az"a müsahibəsində maliyyə naziri Samir Şərifov bildirib.

Azərbaycan işğaldan azad olunan ərazilərin yenidən qurulması və bərpasını sırf öz maliyyə imkanları hesabına həyata keçirir və bu proses davam edəcək. O ki, qaldı bu layihələrə kreditlərin cəlb edilməsinə, bu istiqamətdə işlər aparıla bilər. Bununla bağlı müəyyən niyyətlərimiz var. Ancaq hazırda bunlar sadəcə müzakirə mövzusudur. Ona görə də, konkret bir şey demək mümkün deyil”,- deyə o qeyd edib.

Nazir dövlətin maliyyə imkanlarından asılı olaraq, əlavə gəlirlər olduqda və yaxud büdcə vəsaitlərinə qənaət olunduqda həmin pulların ilk növbədə Qarabağın bərpasına yönəldiləcəyini vurğulayıb.

Qeyd edək ki, bu il dövlət büdcəsində bu məqsdlər üçün ilkin olaraq 3 milyard 825 milyard manat vəsait nəzərdə tutulub.

S.Şərifov ilə müsahibəni tam şəkildə buradan oxumaq mümkündür.